• Bakı 10° C

    3.54 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Yeni ildə amnistiya aktı imzalana bilər – RƏSMİ

CƏMİYYƏT

12 Dekabr 2025 | 17:00

Yeni ildə amnistiya aktı imzalana bilər – RƏSMİ

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə amnistiya aktı imzalana bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, ilin sonunda bununla bağlı qərarın verilməsi gözlənilir:

"Hazırda bununla bağlı məlumatlar yayılır. Milli Məclis tərəfindən amnistiya qərarı verilə bilər. 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu Azərbaycanın həyatında böyük bir hadisədir. Bu il həm də Zəfərimizin 5-ci il dönümüdür".

Qeyd edək ki, sonuncu dəfə amnistiya 2021-ci ildə elan edilib.


SON XƏBƏRLƏR