Rusiyada müxalif siyasətçi Vladimir Kara-Murza və Moskvanın keçmiş bələdiyyə deputatı İlya Yaşin terrorçu və ekstremistlər siyahısına daxil edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Rosfinmonitorinq" məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü ilin avqustunda hər iki şəxs məhbusların mübadiləsi çərçivəsində Rusiya Prezidenti Vladimir Putin tərəfindən əfv edilib və Rusiyanı tərk ediblər.
***
12:22
Rusiya Daxili İşlər Nazirliyi jurnalist, müxalif siyasətçi Vladimir Kara-Murzanı axtarışa verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə informasiya Rusiya DİN-nin məlumat bazasında yer alıb.
Qeyd edək ki, V. Kara-Murza Rusiyada xarici agent kimi tanınıb. O, 2024-cü ildə ABŞ-la məhbus mübadiləsi zamanı həbsdən azad olunub.
Bakı 



