Beynəlxalq Valyuta Fondu (BVF) Moldovaya çatdırılmalı olan 40 aylıq hökumət əməkdaşlıq proqramının yekun 170 milyon dollarlıq tranşını bloklayıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə parlamentin iqtisadiyyat, büdcə və maliyyə komissiyasının sədri Radu Marian məlumat verib.
Onun sözlərinə görə, hakimiyyət alternativ resurslar tapıb:
"Bir anda prioritetlər dəyişdi, ona görə də proqramın müddəti başa çatdı. Amma biz 2025-ci il üçün bütün büdcə ehtiyaclarını ödəmişik və hazırda dövlət büdcəsinə heç bir təhlükə yoxdur. Dekabrda Kişinyova yeni BVF missiyası gələcək".
Moldova Maliyyə Nazirliyinin 2025-ci il büdcə qanununa təklif etdiyi dəyişikliklərə əsasən, xarici maliyyələşdirmə 170 milyon dollar azalacaq. Maliyyə Nazirliyi bu 170 milyon dolların fond tərəfindən xaric edildiyini, buna səbəb kimi proqramın dayandırılmasını göstərib.
Gülşən Şərif
Bakı 



