İsrail Müdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, Qəzzadakı müharibə zamanı 200 mindən çox fələstinli ölüb və ya yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb.
"Qəzzada 2,2 milyon insan yaşayır, onların 10%-dən çoxu zərər çəkib. Bu, yumşaq müharibə deyil, amma hər şey beynəlxalq hüquq normalarına uyğundur", - o bildirib.
Halevi həmçinin 2023-cü il oktyabrın 7-də HƏMAS hücumuna görə məsuliyyəti boynuna alıb və bunu dəhşətli uğursuzluq adlandırıb.