• Bakı 27° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

Ay Buğa bürcündədir: Bunlardan uzaq durun...

CƏMİYYƏT

15 Avqust 2025 | 12:09

Ay Buğa bürcündədir: Bunlardan uzaq durun...

Ay bütün gün Buğa bürcündə olacaq.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur astroloq Dinçer Güner Ayın Buğa bürcündə olduğu günlərdə insanların emosional olaraq daha sakit və sabit bir ruh halında ola biləcəyini bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində ani qərarlar vermək əvəzinə mövcud vəziyyətin rahatlığından zövq almağa üstünlük verilir.

Astroloq qeyd edib ki, maddi təhlükəsizlik ehtiyacı artır və alış-veriş zamanı insanlar daha çox keyfiyyətli və dayanıqlı məhsullara üstünlük verirlər. Ayın Buğa bürcündə olduğu dövrlər, büdcə planlaması, xərclərə nəzarət, yığım və ya investisiya üçün ideal zaman hesab olunur.

Sevgi münasibətlərində isə fiziki təmas, sarılmaq, birlikdə sakit axşam yeməyi yemək kimi anlar önəm qazanır.

Bununla yanaşı nəzərə çatdırıb ki, insanlar daha çox şirniyyat və qəlyanaltılara meyilli ola bilər, aktiv fəaliyyətlər əvəzinə istirahətə üstünlük verə bilərlər.

Dinçer Güner həmçinin, bu günlərdə bağçılıqla məşğul olmağın, təbiətdə gəzməyin və torpaq qoxusunu hiss etməyin belə insanlara rahatlıq və dinclik verdiyini vurğulayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

14 Avqust 2025