• Bakı 18° C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Qarnın tez-tez quruldaması xəstəlik əlaməti ola bilər - AÇIQLAMA

CƏMİYYƏT

14 Sentyabr 2025 | 10:15

Qarnın tez-tez quruldaması xəstəlik əlaməti ola bilər - AÇIQLAMA

"Əgər qarın qurultusu ilə yanaşı şişkinlik, ağrı, ürəkbulanma, qusma, ishal, qəbizlik, nəcisdə qan və ya rəng dəyişikliyi müşahidə olunarsa, bu, mədə-bağırsaq xəstəliklərinin əlaməti ola bilər"

Bakıvaxtı.az-ın məlumatına görə rusiyalı qastroenteroloq Nadejda Motıleva bildirib ki, qarında qurultu çox vaxt normal haldır və əsasən ac qaldıqda və ya çox yemək yedikdə yaranır.

"Bəzi qidalar məsələn, paxlalılar və kələm də qaz əmələ gətirərək bu prosesi gücləndirə bilər. Stress və həyəcan da bağırsaq hərəkətlərini artıraraq qurultuya səbəb olur.

Qarın qurultusu ilə yanaşı köp, ağrı, ürəkbulanma, qusma, ishal, qəbizlik, nəcisdə qan və ya rəng dəyişikliyi müşahidə olunarsa, bu artıq normal sayılmır.

Xüsusilə, son 6 ayda bədən çəkisinin 5 faizdən çox itirilməsi fonunda qarında qurultu baş verərsə, bu, endokrin pozğunluqlar, həzm sistemi xəstəlikləri və hətta onkoloji problemlərlə bağlı ola bilər. Belə hallarda mütləq həkimə müraciət edilməlidir", - qastroenteroloq söyləyib./Milli.az


SON XƏBƏRLƏR

13 Sentyabr 2025