• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu yolda təmir işləri başa çatdı - FOTOLAR

CƏMİYYƏT

13 Sentyabr 2025 | 21:16 | Müəllif: Subhan Mahmudov

Bu yolda təmir işləri başa çatdı - FOTOLAR

Azərbaycan dəmir yollarının Bakı–Keşlə sahəsində “Bağırov körpüsü” kimi tanınan ərazidə təmir işləri başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə Bakı–Keşlə sahəsində “Bağırov körpüsü” kimi tanınan ərazidə əsaslı təmir işləri aparılıb.

Təmir işləri çərçivəsində hidroizolyasiya işləri görülüb, drenaj boruları quraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil yolunda asfalt qatı yenilənib, yeni bordürlər qoyulub ki, bu da infrastrukturun dayanıqlılığını daha da möhkəmləndirilib.

Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.


Bu yolda təmir işləri başa çatdı - FOTOLARBu yolda təmir işləri başa çatdı - FOTOLARBu yolda təmir işləri başa çatdı - FOTOLARBu yolda təmir işləri başa çatdı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026