Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinə yeni rəis təyin edilib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Metallurgiya sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi İlqar Qocayev vəzifəsindən azad olunub.
Digər əmrlə İlqar Qocayev Naxçıvan FHN-nin Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilib.