• Bakı 21° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

MN-dən hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyətlə bağlı vətəndaşlara yenidən MÜRACİƏT

CƏMİYYƏT

13 Sentyabr 2025 | 14:00

MN-dən hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyətlə bağlı vətəndaşlara yenidən MÜRACİƏT

 Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır:

"Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik. Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, Müdafiə Nazirliyi bir neçə dəfə bununla bağlı vətəndaşlara müraciət edib.


SON XƏBƏRLƏR

12 Sentyabr 2025