• Bakı 21° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Ötən il Azərbaycanda mobil telefon trafiki 26%-ə yaxın azalıb

İQTİSADİYYAT

13 Sentyabr 2025 | 14:22

Ötən il Azərbaycanda mobil telefon trafiki 26%-ə yaxın azalıb

Ötən il Azərbaycanda mobil telefon trafiki əhəmiyyətli azalma ilə müşahidə olunub.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalar aparıb.

Belə ki, ötən il ölkədaxili mobil telefon trafiki 13,7 milyard dəqiqə təşkil edib. Bu göstərici 2023-cü ildə 18,5 milyard dəqiqə olub ki, bu da bir il ərzində 25,6% azalma deməkdir.

Sabit şəbəkədən mobil telefon şəbəkəsinə trafikin həcmi 2023-cü ildə 28,1 milyon dəqiqə olduğu halda, 2024-cü ildə 38,9 milyon dəqiqəyə yüksəlib. Bu isə illik müqayisədə 38,4% artım deməkdir.

Mobil şəbəkəyə beynəlxalq gələn trafik isə 2023-cü ildə 22,1 milyon dəqiqədən 2024-cü ildə 22,6 milyon dəqiqəyə qalxaraq, 2,2% artım nümayiş etdirib. Eyni zamanda, sabit şəbəkədən beynəlxalq çıxış trafiki 4,1 milyon dəqiqədən 3,2 milyon dəqiqəyə enib ki, bu da 22% azalma deməkdir.

Sabit şəbəkədən sabit şəbəkəyə uzunməsafəli çıxış trafiki 2023-cü ildə 30,3 milyon dəqiqə olduğu halda, 2024-cü ildə 34,8 milyon dəqiqəyə çatıb və 14,8% artım qeydə alınıb.

Mobil şəbəkədən sabit şəbəkəyə çıxış trafiki də geriləmə ilə müşahidə olunub. 2023-cü ildə 186 milyon dəqiqə olan bu göstərici 2024-cü ildə 154,7 milyon dəqiqəyə düşüb – azalma 16,7% təşkil edib.

Mobil şəbəkədən digər mobil şəbəkələrə çıxış trafiki də 2023-cü ildə 7,9 milyard dəqiqədən 2024-cü ildə 9,4 milyard dəqiqəyə düşüb ki, bu da 19,5% azdır.

Ümumilikdə, 2024-cü ilin statistikasına əsasən, sabit telefon trafiki və beynəlxalq mobil trafikdə artım olsa da, ölkədaxili mobil trafikin ümumi həcmi və mobil şəbəkədən sabit şəbəkəyə yönəlik zənglərdə kəskin azalma müşahidə olunub.


SON XƏBƏRLƏR

12 Sentyabr 2025