2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 95229,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3% çox ümumi daxili məhsul istehsal olunub.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9% azalıb, qeyri neft-qaz sektorunda isə 2,9% artıb.
ÜDM istehsalının 34,2 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 9300,3 manata bərabər olub.