Qlobal səviyyədə məlumat mərkəzlərinə sərmayələrin 2025-ci ildə 580 milyard ABŞ dollarına çatacağı gözlənilir.
Bakıvaxtı.az-ın Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən verdiyi məlumata görə, bu barədə Agentliyin İcraçı direktoru Fatih Birol bildirib.
Onun sözlərinə görə, qeyd olunan göstərici qlobal neft təchizatı üçün nəzərdə tutulan 540 milyard dollarlıq xərcləri üstələyəcək.
“Bu, müasir iqtisadiyyatların dəyişən təbiətinin parlaq nümunəsidir”, – Fatih Birol vurğulayıb.
İcraçı direktor bildirib ki, son onilliyin meyllərindən fərqli olaraq, elektrik enerjisinə tələbatın artımı artıq yalnız inkişaf etməkdə olan ölkələrlə məhdudlaşmır.
“Məlumat mərkəzləri və süni intellekt sahəsindəki sürətli tələbat artımı inkişaf etmiş ölkələrdə də elektrik enerjisi istehlakını artırır”, – o qeyd edib.
Fatih Birol əlavə edib ki, dünya sürətlə “Elektrik Erasına” daxil olur və bu gün artıq aydın görünür ki, həmin dövr başlayıb.
Bakı 



