• Bakı 16° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Azərbaycan-Qazaxıstan tərəfləri arasında GÖRÜŞ

İQTİSADİYYAT

12 Noyabr 2025 | 10:52

Azərbaycan-Qazaxıstan tərəfləri arasında GÖRÜŞ

Azərbaycan Mərkəzi Bankı (AMB) və Qazaxıstan Milli Bankı arasında maliyyə hesabatlılığında şəffaflığın artırılması üzrə mühüm mövzular ətrafında fikir mübadiləsi aparıb.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurum ikitərəfli əməkdaşlıq çərçivəsində Qazaxıstan Milli Bankının nümayəndə heyəti ilə görüş keçirib. İnteraktiv görüşdə əsas diqqət maliyyə sektorunda, xüsusilə mərkəzi (milli) banklarda müasir təcrübələrin, o cümlədən tənzimləyici yeniliklərin mübadiləsinə yönəldilib.

Konsolidasiya olunan maliyyə hesabatlığı üçün hazırkı avtomatlaşdırılmış bank informasiya sistemlərinin imkanları və inkişafı, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələbinə əsasən maliyyə alətlərinin, digər aktiv və öhdəliklərin tanınması və qiymətləndirilməsi, eləcə də yeni maliyyə hesabatlığı standartlarının tətbiqi prosesləri müzakirə olunub.


SON XƏBƏRLƏR