• Bakı 22° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Xarici ticarət dövriyyəsinin həcmi açıqlandı

İQTİSADİYYAT

13 Oktyabr 2025 | 12:39

Xarici ticarət dövriyyəsinin həcmi açıqlandı

2025-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 31690,6 milyon ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 112 ölkəyə məhsul ixrac olunmuş, 167 ölkədən idxal olunub.

Ticarət dövriyyəsinin 16637,9 milyon dollarını və ya 52,5%-ni ölkədən ixrac olunmuş məhsulların, 15052,7 milyon dollarını (47,5-ni) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1585,2 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,9% artıb, real ifadədə isə 7,1% azalıb. İdxal real ifadədə 5,5%, ixrac isə 8,2% azalıb.

2025-ci ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı 2399,5 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 10,3% artıb, real ifadədə isə 13,6% azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,9%-i İtaliya, 12%-i Türkiyə, 10,4%-i Rusiya, 9,2%-i Çin, 3,2%-i Almaniya, 2,9%-i Birləşmiş Krallıq, 2,5%-i ABŞ, 2,2%-i Çexiya, hər biri 1,7% olmaqla Qazaxıstan, Gürcüstan və Bolqarıstan, hər biri 1,6% olmaqla Xorvatiya və Rumıniya, 1,5%-i Yunanıstan, 1,4%-i İsveçrə, 1,3%-i İran, hər biri 1,2% olmaqla Portuqaliya və Avstraliya, 1%-i Ukrayna, hər biri 0,9% olmaqla Özbəkistan, Meksika, Cənubi Afrika Respublikası və Belarus, 12,2%-i isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.


SON XƏBƏRLƏR