• Bakı 17° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Nazir müavini: Büdcə zərfində vergi yükünün optimallaşdırılması əksini tapıb

İQTİSADİYYAT

12 Noyabr 2025 | 12:20

Nazir müavini: Büdcə zərfində vergi yükünün optimallaşdırılması əksini tapıb

Büdcə zərfində iqtisadiyyatın inkişafı, neft gəlirlərindən asılılığın azaldılması, özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması və valyuta ehtiyatlarının qorunması istiqamətləri öz əksini tapıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

    Nazir müavini deyib ki, büdcə siyasətində sosialyönümlülük prinsipinin qorunmasına, insan resurslarının, o cümlədən gənclərin inkişafı və ictimai təşəbbüslərin dəstəklənməsinə xüsusi diqqət göstərilir: “Məqsəd iqtisadi artımın hər bir vətəndaşın həyatına daha çox müsbət təsir göstərməsi, investisiyaların real sektorda yeni imkanlar yaratması və cəmiyyətin ümumi inkişafına töhfə verməsidir. Bu baxımdan büdcə layihəsi önəmli iqtisadi sənəd hesab olunur. 2026-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 57 faizi qeyri-neft-qaz sektorunun payına düşür. Növbəti ildə qeyri neft-qaz ÜDM-in 5 faiz artacağı proqnozaşdırılır”.


    SON XƏBƏRLƏR