• Bakı 22° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Xəzinə vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin məbləği açıqlandı

İQTİSADİYYAT

13 Oktyabr 2025 | 12:01

Xəzinə vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin məbləği açıqlandı

Xəzinə qalığının idarə edilməsi üzrə görülmüş işlər nəticəsində, oktyabrın 1-ə milli valyutada olan xəzinə vəsaitləri üzrə 65,8 milyon manat, xarici valyutada olan vəsaitlər üzrə isə 9,3 milyon manat ekvivalentində olmaqla, ümumilikdə 75,1 milyon manat məbləğində faiz gəliri əldə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu göstərici 2024-cü il ərzində xəzinə vəsaitlərinin idarə olunmasından büdcəyə daxil olan 17,5 milyon manatla müqayisədə təxminən 4,3 dəfə çoxdur.

Həyata keçirilən tədbirlər dövlət borcunun idarə olunmasında risklərin azaldılmasına, borc portfelinin dayanıqlılığının möhkəmləndirilməsinə və eyni zamanda dövlət büdcəsi vəsaitlərinin idarə edilməsində gəlirliliyin artırılmasına mühüm töhfə verib.


SON XƏBƏRLƏR