• Bakı 22° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə bu gün növbəti oyunlar keçiriləcək

İDMAN

13 Oktyabr 2025 | 09:28

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə bu gün növbəti oyunlar keçiriləcək

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, A, B, D, J qruplarında ümumilikdə 8 görüş baş tutacaq.

Bu gün Ukrayna ilə qarşılaşacaq Azərbaycan millisinin yer aldığı D qrupunda İslandiya Fransanı qəbul edəcək.

İsveç evdə Kosovo ilə üz-üzə gələcəksə, Belçika səfərdə Uelsin, Almaniya isə Şimali İrlandiyanın qonağı olacaq.

DÇ-2026

Seçmə mərhələ

13 oktyabr

A qrupu

22:45. Şimali İrlandiya - Almaniya

22:45. Slovakiya - Lüksemburq

Xal durumu: Almaniya - 6, Şimali İrlandiya - 6, Slovakiya - 6, Lüksemburq - 0.

B qrupu

22:45. İsveç - Kosovo

22:45. Sloveniya - İsveçrə

Xal durumu: İsveçrə - 9, Kosovo - 4, Sloveniya - 2, İsveç - 1.

D qrupu

22:45. İslandiya - Fransa

22:45. Ukrayna - Azərbaycan

Xal durumu: Fransa - 9, Ukrayna - 4, İslandiya - 3, Azərbaycan - 1.

J qrupu

22:45. Uels - Belçika

22:45. Şimali Makedoniya - Qazaxıstan

Xal durumu: Şimali Makedoniya - 12, Belçika - 11, Uels - 10, Qazaxıstan - 6, Lixtenşteyn - 0.


SON XƏBƏRLƏR

12 Oktyabr 2025