• Bakı 22° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Qəzzaya 1 milyon insan üçün ərzaq çatdırılıb

DÜNYA

13 Oktyabr 2025 | 09:00

Qəzzaya 1 milyon insan üçün ərzaq çatdırılıb

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağına 1 milyon insan üçün ərzaq çatdırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə qurumun "X"dəki səhifəsində yayılmış bəyanatında bildirilib.

"Atəşkəs razılaşmasının ilk günlərində UNRWA bir milyon insanı - anklav əhalisinin yarısını yedirtmək üçün kifayət qədər ərzaq gətirdi. Bizim onları çatdırmaq üçün ehtiyatlarımız, resurslarımız və kadrlarımız var", - paylaşımda deyilir.

Agentlik həmçinin qeyd edib ki, Qəzza zolağında 75 illik təcrübəyə əsaslanaraq, biliyə, şəbəkəyə malikdir və yardımı bütün regionda effektiv şəkildə paylamaq planları var. "Bizə sadəcə olaraq İsrail hakimiyyətinin yaşıl işığı lazımdır", - agentlik vurğulayıb.


SON XƏBƏRLƏR

12 Oktyabr 2025