• Bakı 14° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Müharibə olmasa, atəşfəşanlıq edəcəyəm" - Vuçiç

DÜNYA

12 Noyabr 2025 | 00:48 | Müəllif: Subhan Mahmudov

"Müharibə olmasa, atəşfəşanlıq edəcəyəm" - Vuçiç

Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa ölkələrinin Rusiya ilə müharibəyə hazırlaşdığını və Serbiya ordusunun gücləndirilməli olduğunu deyib. 

Bakıvaxtı.az xəbər verir ki, Serbiya lideri televiziyalardan birinə verdiyi müsahibəsində deyib:

"Serbiya yaxınlaşan müharibə qarşısında çətin vəziyyətdədir. Yaxınlaşan münaqişə ilə bağlı qorxularım əsassız olarsa, mən də şad olaram və atəşfəşanlıq edəcəyəm. Lakin Serbiya özünü silahlandırmağa davam etməlidir", - deyə Vuçiç vurğulayıb. 

Prezidentin sözlərinə görə, əsas prioritet ölkənin Hərbi Hava Qüvvələrinin gücləndirilməsidir. Bu açıqlama Qərblə Rusiya arasında artan gərginlik fonunda səslənib 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026