• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Fransanın Baş naziri yeni hökuməti formalaşdırıb

DÜNYA

13 Oktyabr 2025 | 09:10 | Müəllif: Gülşən Şərif

Fransanın Baş naziri yeni hökuməti formalaşdırıb

 Fransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb.

Jan-Noel Barrot xarici işlər naziri vəzifəsində qalıb, keçmiş əmək və səhiyyə naziri Ketrin Votrin silahlı qüvvələr naziri olub, Paris polisinin prefekti Loran Nunes isə daxili işlər naziri təyin edilib. İqtisadiyyat və maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Rolan Leskyur və ədliyyə naziri Jerald Darmanen də öz portfellərini saxlayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026