ABŞ-də təyyarə qəzası olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Texas ştatında qeydə alınıb. Belə ki, kiçik təyyarə hələ məlum olmayan səbəblərə görə Hiks hava limanı yaxınlığındakı dayanacağa çırpılıb.
Yerli vaxtla saat 13:30 radələrində baş verən qəzadan sonra hadisə yerində yanğın başlayıb. Qəza yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım briqadaları göndərilib.
Təyyarə, bir neçə digər yük maşını və ticarət binası ilə birlikdə yanıb. Hadisə yerindən iki cəsəd çıxarılıb.
Murad Məmmədli