İsrail hələ də təhlükəsizlik sınaqları ilə üzləşir, bəzi düşmənləri yenidən hücum etmək üçün bərpa olunmağa çalışırlar.
Bakıvaxtı.az-ın xəbərinə görə, yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu İsrail televiziyasının əsas telekanallarının yayımladığı ölkə vətəndaşlarına videomüraciətində belə bir açıqlama verib.
"Kampaniya bitməyib. Bizi (İsrail - Red.) hələ də təhlükəsizlik sahəsində çox böyük sınaqlar gözləyir. Bəzi düşmənlərimiz yenidən bizə hücum etmək üçün özlərini bərpa etməyə çalışırlar. Ancaq biz doğru yoldayıq", - Netanyahu deyib.
O, İsrailin döyüşdüyü hər yerdə bütün dünyanı sarsıdan böyük qələbələr qazandığını qeyd edib.