• Bakı 11° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Göyçaydakı yanğın tam söndürüldü - VİDEO - YENİLƏNİB

HADİSƏ

13 Oktyabr 2025 | 01:14

Göyçaydakı yanğın tam söndürüldü - VİDEO - YENİLƏNİB

Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

***23:16

Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***22:37

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhəri ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

 

***22:12

Göyçayda güclü yanğın başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayon ərazində yerləşən yeşik sexində anidən yanğın başlayıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər gedir./Unikal


SON XƏBƏRLƏR

07 Dekabr 2025