• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Toy karvanındakı qəzada yaralanan şəxsin son durumu

HADİSƏ

11 Noyabr 2025 | 20:56 | Müəllif: Subhan Mahmudov

Toy karvanındakı qəzada yaralanan şəxsin son durumu

Quba rayonunda toy karvanında baş verən qəza nəticəsində yaralanan şəxsin vəziyyəti açıqlanıb. 

Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən Bakıvaxtı.az-a verilən məlumatda deyilir:

"Quba-Xaçmaz avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə noyabrın 10-u, saat 13:10-da 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin kiçikölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026