Yəməndəki “Ənsar Allah” hərəkatı – husilər bildirib ki, İsrailin Qəzza zolağında atəşkəs razılaşmasına əməl etməsi halında, bu ölkəyə qarşı raket hücumlarını və Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə yönələn zərbələri dayandıracaq.
Bakıvaxtı.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Ənsar Allah” siyasi bürosunun üzvü Xuzam əl-Əsəd deyib.
Onun sözlərinə görə, İsrail atəşkəsə riayət etdiyi təqdirdə hərbi əməliyyatlar dayandırılacaq, lakin prosesin icrasına nəzarət davam edəcək:
“Əgər İsrail Qəzzadakı əməliyyatları və mühasirəni bərpa edərsə, biz hücumları əvvəlkindən daha intensiv şəkildə davam etdirəcəyik ki, təcavüz dayandırılsın”.
Xatırladaq ki, oktyabrın 10-da Qəzza zolağında döyüşlər dayandırılıb. Bundan öncə Fələstinin HƏMAS hərəkatı və İsrail qarşıdurmanı dayandırmaq üçün planın ilk mərhələsi barədə razılığa gəlmişdilər.