• Bakı 19° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Pakistandakı terror hadisəsini onlar edibmiş

DÜNYA

11 Noyabr 2025 | 23:20 | Müəllif: Subhan Mahmudov

Pakistandakı terror hadisəsini onlar edibmiş

Pakistanın paytaxtı İslamabad şəhərində həyata keçirilən terror hadisəsinin məsuliyyətini Pakistan Talibanı kimi tanınan Təhrik-i Taliban-i Pakistan öz üzərinə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Pakistan Talibanının əsas hədəfi məhkəmə orqanının əməkdaşları olub.

Bundan əlavə, TTP hərakatı daha çox hücumlar həyata keçirəcəyi ilə bağlı təhdidedici açıqlama da yayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif isə bu hücumda Hindistanı günahlandırıb.

Qeyd edək ki, bu gün İslamabadda Ali Məhkəmə binasının yaxınlığında park edilmiş avtomobilin partladılması nəticəsində 12 nəfər ölüb, 21 nəfər isə yaralanıb./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR