“Fənərbaxça”nın müdafiəçisi Çağlar Söyüncü karyerasını “Beşiktaş”da davam etdirə bilər.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” 29 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürmək niyyətindədir.
İddiaya görə, baş məşqçi Sergen Yalçın Çağlar Söyüncünün oyun tərzini bəyənir və onun komandaya qoşulmasını istəyir.
Xəbərdə bildirilib ki, “Beşiktaş” rəhbərliyi yaxın vaxtlarda “Fənərbaxça”ya rəsmi təklif göndərəcək.
Xatırladaq ki, Türkiyə millisinin üzvü 2024-cü ilin yanvarında “Atletiko Madrid”dən “Fənərbaxça”ya keçib. O, bu mövsüm 5 matçda çıxış edərək 1 asistlə yadda qalıb.