• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“200 hərbçi Qəzzada atəşkəsə nəzarət edəcək”

DÜNYA

12 Oktyabr 2025 | 23:24 | Müəllif: Subhan Mahmudov

“200 hərbçi Qəzzada atəşkəsə nəzarət edəcək”

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens HƏMAS tərəfindən saxlanılan israilli girovların yaxın saatlarda azad olunmasının gözlənildiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “NBC News”a müsahibəsində söyləyib.

C. D. Vens qeyd edib ki, bu proses istənilən anda baş verə bilər:

“Biz onların növbəti 24 saat ərzində azad ediləcəyini gözləyirik”.

O, eyni zamanda bildirib ki, İsraildə yerləşdiriləcək 200 amerikalı hərbçi yalnız Qəzzadakı atəşkəs rejiminin monitorinqi üçün nəzərdə tutulub və onların döyüş əməliyyatlarında iştirakı planlaşdırılmır:

“Bizim məqsədimiz atəşkəsin qorunmasına nəzarət etmək, israilli qüvvələrin razılaşdırılmış xətti pozmamasını və HƏMAS tərəfindən mülki şəxslərə hücumların qarşısının alınmasını təmin etməkdir. ABŞ-nin Qazada hərbi əməliyyatlara qoşulmaq niyyəti yoxdur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026