• Bakı 15° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Argentinalı müğənni Meksikada qətlə yetirildi

ŞOU

12 Oktyabr 2025 | 20:44

Argentinalı müğənni Meksikada qətlə yetirildi

Argentinalı müğənni və aktyor Fede Dorkaz Meksikanın paytaxtı Mexiko şəhərində silahlı hücum nəticəsində öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, Meksika Təhlükəsizlik Nazirliyi hadisəni təsdiqləyib. Bildirilir ki, hücum avtomobil yolunda baş verib. Belə ki, Dorkaz idarə etdiyi avtomobildə olarkən bir neçə güllə ilə vurulub.

İlkin araşdırmaya görə, atəş açan şəxslər hadisə yerinə iki motosikletlə yaxınlaşıblar. Hazırda hüquq-mühafizə orqanları təhlükəsizlik kameralarını incələyirlər. Hücumun motivləri araşdırılır.


SON XƏBƏRLƏR

11 Oktyabr 2025