Türkiyənin tanınmış aktyoru Yalçın Dümer “Yaz Bitti” və “Hoşçakal” kimi məşhur filmlərdəki rolları ilə yadda qalıb. O, bu dəfə Armağan Çağlayanın “Şimdiki Aklım Olsaydı” adlı proqramında etdiyi etirafla gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Dümer proqramda 1998-ci ildə müğənni Esra Balamir ilə evləndiyini xatırladaraq, nikah mərasiminin Galatasaray adasında baş tutduğunu və mərasimi o dövrdə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı olan Rəcəb Tayyib Ərdoğanın apardığını bildirib.
Aktor 27 il sonra həmin nikahdan sonra Ərdoğanla arasında keçən söhbəti ilk dəfə açıqlayıb:
“Nikahdan sonra məni yola salarkən Ərdoğan "Yalçın, bir şey deyəcəyəm, bu evlilik 6 ay sonra bitər" dedi. Və doğrudan da, evliliyimiz 6 ay davam etdi".
Dümer boşanma qərarını verdikdən sonra Ərdoğanla yenidən görüşdüyünü də söyləyib:
“Tam 6 ay sonra ayrıldıq. O gün məni futbola çağırdı və gülümsəyərək "Mən sənə deməmişdimmi?" dedi".
Aktyorun bu açıqlaması şou aləmində gündəmə səbəb olub.
Bakı 





