• Bakı C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Trampla Putinin telefon danışığı neçə keçdi?

DÜNYA

10 Mart 2026 | 06:22

Trampla Putinin telefon danışığı neçə keçdi?

ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını çox yaxşı qiymətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə Florida ştatının Doral şəhərində keçirilən mətbuat konfransında danışıb.

ABŞ liderinin sözlərinə görə, Rusiya Yaxın Şərqdə vəziyyətin tənzimlənməsinə konstruktiv şəkildə kömək etməyə hazırdır.

“Mənim prezident Putinlə çox yaxşı söhbətim oldu. Həm bizim tərəfdən, həm də onun tərəfdən danışığa çox sayda insan qoşulmuşdu. Biz Ukrayna barədə danışdıq. Bu, sonsuz mübarizədir”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında ciddi gərginlik mövcuddur və tərəflər razılığa gəlməkdə çətinlik çəkirlər.

Tramp əlavə edib ki, telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub və Putin bu məsələdə kömək etmək istədiyini bildirib.

“Mən isə dedim ki, Ukrayna ilə Rusiya arasındakı müharibənin başa çatdırılması daha faydalı olardı. Amma bizim çox yaxşı danışığımız oldu və o, konstruktiv olmaq istəyir”, - deyə ABŞ prezidenti qeyd edib.


SON XƏBƏRLƏR

09 Mart 2026