ABŞ və İsrailin İrana hücumları qanunsuz təcavüz aktıdır.
Bakıvaxtı.az “Lemonde.fr”ə istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen Inın bacısı, bu yaxınlarda partiyanın ümumi işlər şöbəsinin rəhbəri vəzifəsinə yüksəldilən Kim Yo Con deyib.
O bu bəyanatı ABŞ və Cənubi Koreyanın "Azadlıq Qalxanı" adlı illik yaz hərbi təlimlərinə başlaması ilə bağlı səsləndirib. Təlimlərdə martın 19-dək təxminən 18 min Cənubi Koreya əsgəri və hələlik məlum olmayan sayda Amerika əsgərinin səfərbər edilməsi gözlənilir.
Bu təlimlər qlobal təhlükəsizlik strukturunun sürətlə çökdüyü və dünyanın müxtəlif yerlərində müharibələrin başladığı kritik bir dövrdə keçirilir.
Aydın Baxış
Bakı 




