• Bakı C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

İran ABŞ ilə yeni danışıqları məqsədəuyğun saymır - Araqçı

DÜNYA

10 Mart 2026 | 05:58

İran ABŞ ilə yeni danışıqları məqsədəuyğun saymır - Araqçı

İran ABŞ ilə növbəti danışıqların aparılmasını məqsədəuyğun hesab etmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı PBS telekanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Tehranla Vaşinqton arasında yeni təmas və danışıqlar məsələsinin gündəmdə olması ehtimalı azdır.

Araqçının sözlərinə görə, İranın ABŞ ilə münasibətlərdə çox acı təcrübəsi var.

O, həmçinin İranın yeni ali lideri Müctəba Xameneinin seçilməsindən sonra ABŞ ilə əlaqələrin olub-olmaması barədə suala da münasibət bildirib.

“Birincisi, onun hələ bəyanat verməsi üçün tezdir. Hamımız onun gələcək açıqlamalarını və şərhlərini gözləyirik. Lakin düşünmürəm ki, amerikalılarla növbəti təmas və danışıqlar məsələsi nəzərdən keçiriləcək, çünki bizim amerikalılarla çox acı təcrübəmiz var”, - deyə Araqçı qeyd edib./Telegraf.az


SON XƏBƏRLƏR

09 Mart 2026