• Bakı 12° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Sevgilərini rəsmən elan etdilər

ŞOU

10 Noyabr 2025 | 22:16

Sevgilərini rəsmən elan etdilər

2024-cü ilin sonunda 16 illik evliliyinə son qoyan məşhur aktrisa Cessika Alba sevgilisini rəsmi olaraq təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, 44 yaşlı aktrisa və 33 yaşlı "Kapitan Amerika: Cəsur Yeni Dünya" filminin ulduzu Denni Ramirez münasibətlərini ictimailəşdiriblər.

Ramirez “Instagram” hesabında 2025 Baby2Baby Gala xeyriyyə tədbirindən görüntülər paylaşıb. Fotolar arasında Cessika Alba ilə xoşbəxt anlarını əks etdirən kadrlar da yer alıb.

Alba da eyni tədbirdən Denni ilə birlikdə çəkilmiş fotolarını paylaşıb. Beləliklə, cütlük ilk dəfə sosial şəbəkədə münasibətlərini təsdiqləyib.

Qeyd edək ki, onların sevgili olduqları barədə şayiələr 2024-cü ilin yayında yayılmış və avqust ayında birlikdə görüntülənmələri ilə təsdiqlənmişdi.


SON XƏBƏRLƏR

10 Noyabr 2025