• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Məşhur opera müğənnisi oğlu tərəfindən qətlə yetirildi

ŞOU

10 Dekabr 2025 | 18:00

Məşhur opera müğənnisi oğlu tərəfindən qətlə yetirildi

ABŞ-də məşhur opera müğənnisi Cubilant Sayks öz oğlu tərəfindən qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, o, ABŞ-nin Kaliforniya ştatında öz evində öldürülüb. 

Santa-Monika polisinin açıqlamasına görə, 71 yaşlı Sayks 8 dekabr tarixində evində bıçaqlanmış halda tapılıb. O, hadisə yerində keçinib.

Müğənninin 31 yaşlı oğlu Maykl Sayks hadisə vaxtı evdə olub. O, polisə müqavimət göstərmədən təslim olub və onun barəsində qətl törətmə ittihamı irəli sürülüb.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

Bildirilib ki, Sayksın oğlunun psixi sağlamlıq problemləri var. Lakin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Qeyd edək ki, Sayks 2009-cu ildə Leonard Bernstaynın “Messa” əsərinin “Qremmi”yə namizəd olmuş yazısında iştirak edib. Bu layihədə o, Morgan State Universitetinin xoruna və Baltimor Simfonik Orkestrinə qoşulub.


SON XƏBƏRLƏR