Xalq artisti Eyyub Yaqubovun ailəsindən daha bir istedadlı ifaçı musiqi səhnəsinə qədəm qoyub.
Bakıvaxtı.az xəbər verir ki, bu dəfə sənətçinin bacısı oğlu Nağı Yaşar sənət dünyasına daxil olub.
Eyyub Yaqubov gənc musiqiçini ictimaiyyətə özü təqdim edib və ona olan etimadını bu sözlərlə ifadə edib:
"Nağını hələ uşaq yaşlarından musiqiyə yönləndirmişdik. Onun bu gün sənətə gəlməsi təsadüfi deyil. İstedadına inanıram və ona dəstəyəm. Bu açıqlamanı da ona görə verirəm ki, hər kəs bilsin - o mənim bacım oğludur, mənə qəlbən yaxın biridir. Bizim ailədə istedad irsidir. Nağı həm oxuyur, həm də musiqi bəstələyir. Bizim borcumuz istedadlılara kömək etməkdir, həyasızlar onsuz da özlərinə yol tapır. Mən inanıram ki, o bu sənətdə öz sözünü deyəcək."
Sənətkar sözlərinə əlavə olaraq Məhəmməd Hadinin fikrini də xatırladıb:
"Elmin, hünərin, mərifətin varsa, buyur gəl, yoxsa bu elm sahəsinə olma bir əngəl!"
Nağı Yaşar isə dayısının dəstəyinə görə minnətdarlığını bildirib və gələcəkdə Eyyub Yaqubovun adına layiq bir sənətçi olacağına söz verib.
Sosial mediada isə izləciyilər onun Xalq artisti olan dayısı ilə yaş fərqinin bilinmədiyini şərhlərdə yazıblar.
Bakı 


jpg-1762869891.jpg)
