Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) rus mediasına müsahibə verib.
Bakıvaxtı.az xəbər verir ki, ifaçı tənhalıqdan danışıb. O, həyatında sevdiyi şəxsin olub-olmaması haqda sualı belə cavablandırıb:
"Özümü heç vaxt tənha hiss etməmişəm, çünki tamamilə yaradıcılığa qərq olmuşam. Əlbəttə ki, insanın həyatında birisi olmasına ehtiyacı var. Bu məsələni birtəhər həll edəcəyəm. Hələ ki, Allahın verdikləri ilə həzz alıram. İnsanlar bir-biri ilə evlənir. Öz yarını tapan hamıya görə sevinirəm. Evlənmək xoşbəxtlikdir. Tək olmayan hamıya deyirəm ki, yarınızı qoruyun".
Cony əlavə edib ki, kədərli anlarını mahnı yazmaqla kompensasiya edir. Sənətçi üçün ailə qurmaq həyatda ən böyük mənalardan biridir.
Bakı 



