“Yeşilçam”ın əfsanəvi aktrisalarından olan Gülşen Bubikoğlu 71-ci doğum gününə özəl paylaşdığı foto ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçinin illərə meydan oxuyan gözəlliyi və duyğusal doğum günü paylaşımı sosial şəbəkələrin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
“Mənim üçün xüsusi bir gündür, illər həqiqətən çox tez keçir. Bu mərhələdən sonra sağlam, sakit və hər mənada yaxşı qalmaq ən önəmlisidir. Hər kəsə sevgilər”.
1973-cü ildə çəkilən “Yaban” filmi ilə kino karyerasına başlayan Gülşen Bubikoğlu “Ah Nerede”, “Gırgıriye”, “Alev Alev”, “Yaz Bekarı”, “Canikom” kimi 50-dən çox filmdə rol alaraq “Yeşilçam”ın qızıl dövrünə damğa vurub. Aktrisa 2024-cü ildə vəfat edən həyat yoldaşı Türker İnanoğlunun itkisi ilə ağır bir dövr yaşamış və uzun müddət gözlərdən uzaq qalmışdı.


Bakı 



