“Xaç atası” filminin ulduzu, tanınmış aktrisa Dayan Kiton 79 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, aktrisa Kaliforniyada dünyasını dəyişib.
Qeyd edək ki, D.Kiton Frensis Ford Koppolanın "Xaç atası" (1972) (Mayklın (Al Paçino) həyat yoldaşı Key Adams (Dayan Kiton) filmində və Vudi Allenin "Sevgi və Ölüm" (1975) və "Anni Holl" (1977) filmlərindəki işinə görə şöhrət qazanıb.
Aktrisa "Oskar", "Qızıl Qlobus" və "BAFTA" mükafatlarına layiq görülüb.