• Bakı 19° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

"Qarabağ" dünya reytinqində irəlilədi

İDMAN

12 Oktyabr 2025 | 11:14

Qarabağ dünya reytinqində irəlilədi

"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb. "Köhlən atlar" ötən ay 38 pillə irəliləmişdi.

"Sabah" (81 xal) 302-dən 296-ya yüksəlib.

"Araz-Naxçıvan" (66.5) 355-dən 391-ə, "Zirə" (65.5) isə 380-dən 407-yə düşüb.

Qeyd edək ki, 501 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 537 xalla liderdir.


SON XƏBƏRLƏR

11 Oktyabr 2025