• Bakı 14° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Boksçularımız İslamiadanı 6 medalla başa vurublar - YENİLƏNİB

İDMAN

11 Noyabr 2025 | 00:36

Boksçularımız İslamiadanı 6 medalla başa vurublar - YENİLƏNİB

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, komandamızın heyətində Səidcəmşid Cəfərov (80 kq) çempion tituluna yiyələnib. O, bu gün keçirilən finalda Sultan Osmanlı (Türkiyə) ilə üz-üzə gəlib və rəqibini 4:1 (28:29, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edərək, Ər-Riyadda Azərbaycan Himnini səsləndirib.

Nərgiz Zeynalova (54 kq) və Aynur Mikayılova (57 kq) İslamiadada ikinci yeri tutublar. Məhəmmədəli Qasımzadə (60 kq) finalda Madiyar Daniyarovla (Özbəkistan) döyüşməli olsa da, zədə səbəbindən rinqə çıxmayıb və gümüş medala yiyələnib.

Boksçularımız VI İslam Həmrəyliyi Oyunlarını 6 medalla başa vurublar. Komandamızın heyətində bir gün öncə Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) bürünc mükafat qazanıblar.


SON XƏBƏRLƏR

10 Noyabr 2025