• Bakı 14° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Mahir Emreli zədələndi - 3 ay oynamayacaq

İDMAN

10 Noyabr 2025 | 23:33

Mahir Emreli zədələndi - 3 ay oynamayacaq

Almaniyada 2-ci Bundesliqasında “Kayzerslautern”in formasını geyinən Mahir Emreli klubunun evdə “Herta” ilə qarşılaşmasında zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, futbolçunun zədəsi ciddidir və 3 ay yaşıl meydanlardan uzaq qalacaq. 

Qeyd edək ki, Emreli meydana 63-cü dəqiqədə, hesab açıldıqdan sonra daxil olub. Bu, Mahirin avqustun sonunda keçirilən üçüncü tur matçından bəri klubda ilk oyunu olub. O, 77-ci dədiqədə zədələndikdən sonra 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib.

Xatırladaq ki, “Kayzerslautern” hazırda 20 xalla 7-ci yerdədir.


SON XƏBƏRLƏR

10 Noyabr 2025