Türkiyə Fövqəladə Halların Qarşısının Alınması və Aradan Qaldırılması İdarəsinin koordinasiyası (AFAD), dövlət qurumları, təşkilatlar, həmçinin QHT-lərin dəstəyi ilə Qəzza zolağındakı sakinlərə humanitar yardım çatdırmaqda davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin oktyabrından bəri Türkiyə Qəzzaya ümumilikdə 101 725 ton humanitar yardım göndərib. Yardımların daşınması üçün 16 dəniz və 14 hava gəmisi istifadə olunub. 2025-ci il iyulun 27-dən bu günədək bölgəyə 333 yardım yük maşını çatdırılıb.
Qeyd olunub ki, ötən həftə qüvvəyə minən atəşkəs rejimindən sonra humanitar yardım əməliyyatları daha da fəallaşıb. Bu çərçivədə AFAD-ın koordinasiya etdiyi yüklər, eləcə də Türkiyə Qızıl Aypara Cəmiyyəti və digər QHT-lərin ianələri Misir Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq şəklində Misirin əl-Ariş limanından “Karem-Əbu-Saləm” keçid məntəqəsinə çatdırılıb.
Oktyabrın 13-də Türkiyədən Qəzzaya əlavə humanitar yardım göndərilməsi planlaşdırılır.
AFAD vurğulayıb ki, qurum Qəzza sakinlərinin humanitar ehtiyaclarının ödənilməsi üçün bütün aidiyyəti qurum və təşkilatlarla sıx əməkdaşlıq aparır.