• Bakı 20° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Əlisəmid Kür Salyanda dəfn ediləcək

CƏMİYYƏT

13 Oktyabr 2025 | 10:07

Əlisəmid Kür Salyanda dəfn ediləcək

Bu gün vəfat edən şair Əlisəmid Kür Salyan rayonunda torpağa tapşırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun qızı Aynur Mehdiyeva məlumat verib.

O bildirib ki, atası səhər saat 6 radələrində dünyasını dəyişib.

Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub.

1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib.

1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub.

Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.


SON XƏBƏRLƏR

12 Oktyabr 2025