"Mədəniyyət sahəsinə nə qədər pul ayırsan da, çatmayacaq".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.
Onun sözllərinə görə, abidələrin bərpası, restavrasiyası ilə Mədəniyyət Nazirliyi məşğul olur: “Bu abidələrin hamısını birdən bərpa etmək olmaz, amma plan üzrə bunları etmək olar".
P.Bülbüloğlu gələn il Azərbaycan kinosuna vəsait ayrılmadığı xatırladıb:
"Bunun səbəblərini bilmirəm. Bunun səbəblərini yəqin ki, Maliyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri bizə izah edər. Kinoya heç bir vəsait ayrılmaması təhlükə yaradır. Kino sahəsinə vəsait ayrılmasa, bu sahədə mütəxəssislər iş yerlərini tərk edəcəklər, gələcəkdə də kinomuz inkişaf edə bilməyəcək”.
Bakı 



