• Bakı C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Çindəki səfirliyimizdə Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

CƏMİYYƏT

12 Dekabr 2025 | 11:09

Çindəki səfirliyimizdə Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycanın Çindəki səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Bu barədə Bakıvaxtı.az-a diplomatik missiyadan məlumat verilib.

Səfir Bünyad Hüseynov Ümummilli Lider Heydər Əliyevin həyat yolu, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışıb. Heydər Əliyevin tarixə müdrik rəhbər, böyük strateq və qlobal düşüncəli siyasi lider kimi düşdüyünü deyib. Ümummilli Liderin Azərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarından çıxardığını, işıqlı gələcəyin etibarlı bünövrəsini yaratdığını vurğulayıb.

Diplomat bildirib ki, Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafına xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Çində səfirliyi təsis edilib, 1994-cü il martın 7-10-da Çinə rəsmi səfəri isə iki ölkə əlaqələrində xüsusi əhəmiyyətə malikdir. Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla yanaşı, ölkə regionun sürətlə inkişaf edən dövlətinə çevrilib. Azərbaycanla Çin arasında münasibətlər isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Daha sonra Pekin Uşaq Rifah İnstitutu ziyarət edilib, müəssisədə müalicə alan uşaqlara gündəlik təlabat məhsulları təqdim olunub.


SON XƏBƏRLƏR

11 Dekabr 2025