• Bakı 17° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Əhmədli qəsəbəsindəki sürüşmə texniki səbəblərdən baş verib - YENİLƏNİB

CƏMİYYƏT

12 Noyabr 2025 | 12:38

Əhmədli qəsəbəsindəki sürüşmə texniki səbəblərdən baş verib - YENİLƏNİB

"Bu ərazidə təcili hidrotexniki tədbirlər görülməlidir ki, daha böyük sürüşmələr olmasın".

Bakıvaxtı.az xəbər verir ki, unu akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh ismayılov apa-ya açıqlamasında deyib.

    “Hazırda qaldığımız ərazi aktiv sürüşmə sahəsidir. Bu, Əhmədli yaşayış ərazisinin cənub-cənub şərqə baxan yamaclarıdır. Tədricən Bakı anfiteatrının aşağı hissələrinə meyillənir. Bugünkü sürüşmə lokal sürüşmədir, səthdə baş verir. Belə sürüşmələr olur, bunlar eroziya tipli sürüşmələrdir. Bu, adətən insanların aktiv təsiri ilə baş verir. Amma yamacın təşkil etdiyi süxurlar onu göstərir ki, burada kifayət qədər sürüşməyə meyilli ərazi var. Buna görə burada sürüşmənin baş verməsi təbiidir”, - şöbə müdiri qeyd edib.

    O bildirib ki, yamaca sürüşməyə kifayət qədər meyilli sahədir: "Belə ərazidə torpaq sürüşməsi 40–50 sm-lik sürüşmə bilavasitə suvarma suları ilə bağlıdır. Suvarmanın təsiri ilə bu sürüşmə baş verib. Bu yamacda bəzi daş hissələrdə çökmələr görürəm. Onlar aktiv süxurlar olduğunu göstərir. Bu, daha böyük sürüşmənin xəbərçisi ola bilər. Ona görə də təcili bu yamacda hidrotexniki tədbirlər görülməlidir ki, daha böyük sürüşmələr olmasın”.

    Şöbə müdiri onu da qeyd edib ki, davamlı ağac əkmək və yamacın yuxarı hissəsində asfalt yolun olması atmosfer su mübadiləsinin tamamilə kəsilməsinə və yamacın əlavə rütubət almasına səbəb olur. Bu da sürüşmə üçün təhlükəlidir.

    ***

    12:04

    Xətai rayonu Əhmədli qəsəbəsindəki sürüşmə texniki səbəblərdən baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib.

    O bildirib ki, ərazidə vaxtilə istehsal müddəti başa çatmış su borusu ərazidən keçir:

    "Borunun parçalanması və su buraxması səbəbindən torpağın üst qatında su yığıntıları əmələ gəlib. Alt qat su keçirməyən lay olduğuna görə orada sürüşkənlik əmələ gətirib. Bu adi sürüşmə prosesidir. Su yığıntları səbəbindən torpağın pillənkənvari hissəsində sürüşmə olub".

    Ənvər Əliyev qeyd edib ki, ərazidə daha bir neçə yerdə sürüşmə təhlükəsi yaranıb:

    "Ərazidə mütləq tez bir zamanda su təsərrüfat sistemi yenilənməlidir və müasir borularla əvəzlənməlidir. Çünki ərazidə boruların axıntısından sınıq yerlər yaranıb. Bu gələcəkdə bu ərazidə sürüşmə təhlükəsi yaradır. Hazırkı sürüşmə yerinin sağ və sol hissələrində biz qırıntılar aşkar eləmişik. Gələcəyinə burda daha böyük sürüşmə ola bilər".


    SON XƏBƏRLƏR