• Bakı 17° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Azərbaycanda 16 rayonda "Sağlam məhəllə"lərin yaradılmasına başlanılır

CƏMİYYƏT

12 Noyabr 2025 | 12:45

Azərbaycanda 16 rayonda Sağlam məhəllələrin yaradılmasına başlanılır

Azərbaycanda 16 rayonda "Sağlam məhəllə" layihəsinin icrasına başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə olan Obyektlərin Müdiriyyəti işlərə start verib.

    Layihə çərçivəsində 16 rayonda açıq meydançaların tikintisi və avadanlıqlarla təchizatı nəzərdə tutulub.

    Sözügedən layihənin 1 474 054,56 manata başa gələcəyi ehtimal edilir.

    Qeyd edək ki, ötən il “Sağlam məhəllə” layihəsi çərçivəsində 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün həmin ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon manat vəsait ayrılıb.


    SON XƏBƏRLƏR