2015-ci il oktyabrın 11-də Azərbaycanda milyonlarla izləyicisi olan sosial şəbəkə səhifələrinin qurucusu Nicat Sadıqov tərəfindən “Instagram”da “Baku.es” səhifəsi yaradılıb.
Bakıvaxtı.az xəbər verir ki, ötən 10 il ərzində “Baku.es” öz izləyicilərinə maraqlı və operativ xəbərləri çatdıraraq, ölkəmizdə fəaliyyət göstərən ilk xəbər səhifələrindən biri kimi tanınıb.
2024-cü ildə isə izləyicilərin rəğbətini və etimadını qazanmış “Baku.es” səhifəsinin eyniadlı “Bakues.az” saytı fəaliyyətə başlayıb.
Yeni internet portalı qısa müddətdə ən oxunaqlı, operativ və etibarlı xəbər mənbələrindən birinə çevrilib. “Bakues.az” saytında Azərbaycanda və dünyada baş verən siyasi, iqtisadi, sosial, mədəni və idman hadisələri, həmçinin reportajlar, müsahibələr və araşdırmalar yayımlanır.
Fəaliyyətə başladığı gündən etibarən sayt cəmiyyətdə mövcud problemlərin aşkarlanması və işıqlandırılmasında mühüm rol oynayıb. Son bir il ərzində oxucuların müraciətləri əsasında onlarla sosial problem gündəmə gətirilib və bir çoxu öz həllini tapıb.
Saytın auditoriyası təkcə Azərbaycan vətəndaşları ilə məhdudlaşmır — dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimiz də “Bakues.az”ı izləyir.
Layihənin “Telegram” platformasındakı “BakuES” kanalı da böyük izləyici bazasına malikdir və dünya üzrə ilk 30-luqda yer alır.
Saytın baş redaktoru Fikrət Məmmədov, redaktoru isə Gülşən Şərifdir.
Biz də öz növbəmizdə həmkarlarımızı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
















