“Biz artıq rəqəmsal dövrdə yaşayırıq. İstərdik ki, jurnalistlərimiz süni intellektlə bağlı daha çox məlumatlansın və maariflənsinlər".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli deyib.
Onun sözlərinə görə, süni intellekt insan zəkasının alternativi deyil:
“Məsələyə jurnalist kimi yanaşaq - süni intellekt sadəcə insan düşüncəsini təqlid edir və onun müəyyən funksiyalarını həyata keçirir. Onun tövsiyələri faydalıdır, bizi sonsuz informasiya mühitinə bağlayır. Amma mən düşünürəm ki, o, həlledici amil deyil".
Əli Hüseynov
Bakı 


